2011-ci ilin yanvar-avqust aylarında sənayenin işi haqqında

15.09.2011

Ölkənin sənaye sahələrində 2011-ci ilin yanvar-avqust aylarında 20,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 76,3 faizi mədənçıxarma bölməsində istehsal olunmaqla 5,5 faiz azalmış, 18,2 faizi emal bölməsində istehsal olunmaqla 9,8 faiz artmış, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində olmaqla 8,4 faiz artmış, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşməklə 10,7 faiz artmışdır. Neft və təbii qaz hasilatında azalma müşahidə olunmuş, qeyri-neft sahələrində isə artım 10,4 faiz təşkil etmişdir. Səkkiz ay ərzində 31,7 milyon ton neft, 17,2 milyard kub-metr təbii qaz hasil edilmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, geyim, kağız və karton, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, metallurgiya, maşın və avadanlıqların, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artıma nail olunmuşdur.