Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və ikiillik bitkilər 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları 1,0 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,8 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 5,2 faiz, qarpızın 10,4 faiz, yemişin 0,9 faiz, göyərtilərin 1,5 faiz, bibərin 4,1 faiz, xiyarın 0,2 faiz, pomidorun 0,4 faiz, badımcanın 1,0 faiz, xam pambığın 5,1 faiz, quru otun 11,8 faiz, yoncanın istehsalçı qiymətləri isə 8,5 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 2,4 faiz, qarğıdalının 1,7 faiz, yaşıl paxlalı tərəvəzlərin 5,0 faiz, kələmin 0,7 faiz, sarımsağın 0,8 faiz, kartofun istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 4,4 faiz, narın 9,2 faiz, feyxoanın 5,6 faiz, almanın 0,5 faiz, armudun 0,2 faiz, heyvanın 2,3 faiz, naringinin 3,8 faiz, limonun 8,0 faiz, şabalıdın istehsalçı qiymətləri 29,3 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı oktyabr ayı ərzində fındığın və qozun istehsalçı qiymətləri isə müvafiq olaraq 18,9 və 13,3 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 7,2 faiz, inəyin 2,3 faiz, erkək buzovun 3,0 faiz, 1 yaşdan 2 yaşadək olan dişi dananın 3,3 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın və inək südünün 2,2 faiz, ana qoyunun və 1 yaşadək quzunun 1,7 faiz, diri ev quşlarının 4,9 faiz, camış südünün 0,2 faiz, toyuq yumurtalarının 8,2 faiz, təbii balın istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, yuyulmamış zərif yunun istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır.