Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2011-ci ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 1,2 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 1,5 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,6 faiz ucuzlaşma müşahidə edilmişdir.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,9 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,6 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,9 faiz artmışdır. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 1,0 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,1 faiz bahalaşma müşahidə edilmişdir. İstehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz artmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7 faiz azalmış, körpü tikintisi üzrə qiymətlər isə 0,1 faiz bahalaşmışdır.