İstehlak bazarı haqqında

08.12.2011

2011-ci ilin yanvar-noyabr ayları ərzində ticarət şəbəkəsindən əhaliyə 14,5 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 14,0 milyard manatı pərakəndə ticarət, 495,0 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 59,6 faizi ərzaq məhsullarının, 40,4 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. On bir ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 4,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çox pullu xidmətlər göstərilmişdir.