2011-ci il ərzində yeni yaradılmış hüquqi və fiziki şəxslər haqqında

17.01.2012

2011-ci ildə hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmiş və il ərzində qeydiyyata alınmış 5137 hüquqi şəxsin 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4298-i xüsusi mülkiyyətə mənsub olmuşdur. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.
Yeni müəssisələrin 61.5 faizi Bakıda, 10.3 faizi Aran, 7.6 faizi Abşeron, 5.3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır.
Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 57576 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.