Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2012-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməz qalmışdır.
Yanvar ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, kərə yağının, qarğıdalı yağının, naringinin, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, qoz və fındığın, qiyməti bahalaşmışdır. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən unun, qarabaşaq yarmasının, çörəyin, mal və toyuq ətinin, təzə balığın, yumurtanın, günəbaxan və zeytun yağlarının, limonun, bananın, portağalın, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunmuşdur.