2011-ci ilin IV rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

14.02.2012

2011-ci ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşmışdır.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,1 faiz ucuzlaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,6 faiz bahalaşmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2 faiz ucuzlaşmış, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz bahalaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşmışdır.