2012-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

14.02.2012

Yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,1 faiz bahalaşmışdır. Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 102,7 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7 faiz bahalaşmışdır. Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşmış, kimya sənayesi üzrə 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,1 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.