2011-ci ildə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

16.02.2012

2011-ci ildə nəqliyyat müəssisələrində işləyən 64,7 min muzdlu işçinin 76,3 faizi dövlət müəssisələrində, 23,7 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 55,6 faizi yerüstü və boru kəməri, 14,6 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2010-cu illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 18,5 faiz artaraq 447,0 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 932,9 manat, dəniz nəqliyyatında 588,3 manat, avtomobil nəqliyyatında 435,2 manat təşkil etmişdir. Əmək haqqı hava nəqliyyatında 36,3 faiz, avtomobil nəqliyyatında 12,8 faiz, dəniz nəqliyyatında 8,8 faizlik artımla müşahidə olunmuşdur.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,6 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,4 faiz artaraq 575,7 manat olmuşdur.