Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ildə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında
2011-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin ölkə ərazisindən keçən hissəsində nəqliyyat vasitələri ilə 53,9 milyon ton və ya ötən ildəkindən 4,3 faiz çox yük, 241,5 milyon nəfər və ya 8,2 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 43,5 faizi avtomobil, 37,4 faizi dəmir yolu, 19,1 faizi dəniz nəqliyyatının payına düşmüş, dəniz nəqliyyatında 10,1 faiz, avtomobil nəqliyyatında 7,9 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 30,1 faizini və ya 16,2 milyon tonunu tranzit yüklər təşkil etmiş və 2010-cu illə müqayisədə bu yüklərin həcmi 263,0 min ton və ya 1,6 faiz artmışdır.
Yük daşımaları fəaliyyətindən 381,7 milyon manat, sərnişin daşınmasından isə 83,0 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 18,4 və 34,8 faiz artmışdır.