2012-ci ilin yanvar ayında sənayenin işi haqqında

20.02.2012

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar ayında 3,1 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, neft sektorunda 2,7 faiz azalma, qeyri-neft sektorunda isə 14,4 faiz artım müşahidə olunmuşdur. İstehsalın 77,9 faizi mədənçıxarma, 15,8 faizi emal, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Yanvar ayı ərzində neft hasilatı 3,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1,6 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, poliqrafiya, metallurgiya, rezin və plastmas məhsullarının, hazır metal məmulatlarının, elektrik enerjisinin, mebel, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.