Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ildə sənayenin işi haqqında
İqtisadiyyatın aparıcı sahələrindən olan sənayedə ötən ildə 34,5 milyard manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmiş, neft sektorunda 8,4 faiz azalma, qeyri-neft sektorunda isə 11,1 faiz artım müşahidə olunmuşdur. İstehsalın 77,9 faizi mədənçıxarma bölməsində, 17,0 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində həyata keçirilmişdir. İl ərzində neft hasilatı 45,4 milyon ton, təbii qaz hasilatı isə 25,7 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, poliqrafiya, metallurgiya, kimya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, elektrik enerjisinin, geyim, mebel, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.