2012-ci ilin fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

06.03.2012

Fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,2 faiz ucuzlaşmış, birillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalmışdır.
Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,2 faiz, kələmin 4,1 faiz, göyərtilərin 2,4 faiz, balqabağın 14,3 faiz, baş sarımsağın 3,0 faiz, göy soğanın 0,7 faiz, yoncanın istehsalçı qiymətləri 2,7 faiz bahalaşmış, kartofun istehsalçı qiymətləri 4,3 faiz, baş soğanın 0,9 faiz, xiyarın 0,5 faiz, pomidorun istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 2,0 faiz, fındığın 0,2 faiz, şabalıdın 4,5 faiz, qozun istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri isə 12,2 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2,0 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində camış südünün istehsalçı qiymətləri 0,2 faiz, yumurtanın 18,0 faiz, təbii balın 0,8 faiz, mal, quş və donuz ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 5,9 faiz, 5,5 faiz və 1,6 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 18,9 faiz bahalaşma müşahidə olunmuşdur.