2012-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri

14.03.2012

Cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 497,9 manat və ya orta hesabla ayda 249,0 manat təşkil etmişdir. Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 8,3 faiz bəndi üstələmişdir. < br>Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,5 milyard manatlıq gəlirin 70,6 faizi son istehlak xərclərinə, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 17,3 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 13,4 faiz çox vəsait qalmışdır.