2012-ci ilin mart ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

06.04.2012

2012-ci ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz artmış, sərnişindaşıma tarifləri isə 1,5 faiz azalmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1 faiz, ixrac üzrə 9,6 faiz, tranzit yüklərin daşınması üzrə 4,6 faiz bahalaşmış, yerli əlaqə üzrə isə 11,3 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,9 faiz ucuzlaşma müşahidə olunmuşdur. Dəniz nəqliyyatı vasitəsilə yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5 faiz və 1,5 faiz, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 0,2 faiz bahalaşmışdır.