2012-ci ilin mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

17.04.2012

Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,3 faiz, kələmin 24,4 faiz, kartofun 0,3 faiz, yoncanın istehsalçı qiymətləri 1,1 faiz bahalaşmış, göyərtilərin istehsalçı qiymətləri 8,1 faiz, xiyarın 14,5 faiz, baş soğanın istehsalçı qiymətləri isə 0,6 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,2 faiz, fındığın 1,4 faiz, şabalıdın 4,9 faiz, qozun istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri isə 6,1 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından 1 yaşdan 2 yaşadək olan dişi dananın istehsalçı qiymətləri 0,6 faiz, inək südünün 2,2 faiz, camış südünün 0,8 faiz, 1 yaşadək quzunun 0,8 faiz, cavan hind toyuğunun 16,8 faiz, mal və qoyun ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,8 və 0,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində 1 yaşdan 2 yaşadək olan erkək dananın istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,3 faiz, 1 yaşdan yuxarı şişəyin 3,3 faiz, yumurtanın 0,4 faiz, quş və donuz ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,9 və 1,6 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,1 faiz bahalaşma müşahidə olunmuşdur.