2012-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri

17.04.2012

2012-ci ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7,2 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 792,1 manat və ya ayda 264,0 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 9,2 faiz bəndi üstələyərək 12,3 faiz olmuşdur.
Gəlirlərin 66,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 22,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 6,6 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 13,9 faiz artmışdır.