Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2012-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4,1 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 514,4 milyon manatı hüquqi şəxslərin, 1,9 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 1,7 milyard manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.