Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Kənd təsərrüfatı maşınlarının alqı və satqısı haqqında
Kənd təsərrüfatı məhsullarının istehsal həcminin, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin, əməyin səmərəliliyinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması mühüm məsələlərdəndir.
2012-ci ilin yanvar-mart aylarında "Aqrolizinq" xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 10,5 milyon manat dəyərində 273 ədəd müxtəlif növ traktor, 193 ədəd kotan, 33 ədəd otbiçən, 22 ədəd bağarası frez, 21 ədəd çiləyici və tozlayıcı, 18 ədəd gübrəsəpən, 11 ədəd taxılyığan kombayn, 9 ədəd səpici aqreqat və 18 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmış və verilmişdir.