Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin birinci rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 65,7 min muzdlu işçinin 76,2 faizi dövlət müəssisələrində, 23,8 faizi özəl bölmədə çalışır. İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 15,2 faizi su, 8,0 faizi hava nəqliyyatı, 21,8 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 11,1 faiz artaraq 469,0 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 963,2 manat, dəniz nəqliyyatında 643,1 manat, avtomobil nəqliyyatında 418,6 manat, dəmir yolu nəqliyyatında isə 206,0 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 20,2 faiz, hava nəqliyyatında isə 8,7 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,3 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 3,9 faiz artaraq 618,5 manat olmuşdur.