Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 3,6 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 95,5 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,1 faiz ucuzlaşmışdır.
Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 6,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,7 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, qida məhsullarının istehsalı üzrə 2,1 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,4 faiz, kimya sənayesi üzrə 4,7 faiz, neft məhsullarının istehsalı üzrə 1,8 faiz, metallurgiya sənayesi üzrə 1,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, geyim istehsalı üzrə 0,4 faiz, mebel istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz bahalaşmışdır.