2012-ci ilin aprel ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

10.05.2012

2012-ci ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,5 faiz artmış, sərnişindaşıma tarifləri isə 0,4 faiz azalmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 4,6 faiz ucuzlaşmış, idxal üzrə 3,9 faiz, yerli əlaqə üzrə isə 1,0 faiz, tranzit yüklərin daşınması üzrə 0,3 faiz bahalaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 13,4 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,4 faiz artmışdır.
Hava nəqliyyatında 1 ton yükün MDB ölkələrinə daşınma tarifi 0,1 faiz, sərnişindaşıma tarifləri 13,3 faiz bahalaşmış, digər xarici ölkələrə isə sərnişindaşıma tarifləri 0,2 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 7,2 faiz artmışdır.