2012-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri

16.05.2012

Cari ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 1068,6 manat və ya orta hesabla ayda 267,1 manat təşkil etmişdir. Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 9,9 faiz bəndi üstələmiş, başqa sözlə əhalinin real gəlirləri 9,6 faiz artmışdır.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,8 milyard manatlıq gəlirin 65,3 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 23,4 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 8,9 milyard manat həcmində və ya əvvəlki ildəkindən 14,2 faiz çox vəsait qalmışdır.