Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
May ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,3 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.
Birillik bitkilərdən göyərtilərin istehsalçı qiymətləri 8,9 faiz, xiyarın 17,1 faiz, baş sarımsağın 4,9 faiz, baş soğanın 0,6 faiz, yoncanın 8,9 faiz, quru otun istehsalçı qiymətləri 2,0 faiz ucuzlaşmış, pomidorun istehsalçı qiymətləri 0,9 faiz, yaşıl lobyanın 2,1 faiz, bibərin 1,1 faiz, kartofun istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 3,5 faiz, limonun 1,4 faiz, fındığın 4,5 faiz, albalı və gilasın 0,7 faiz, çiyələyin istehsalçı qiymətləri 3,6 faiz ucuzlaşmış, alçanın istehsalçı qiymətləri isə 5,7 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,4 faiz, inək südünün 1,9 faiz, camışın 2,0 faiz, 1 yaşadək quzunun 0,4 faiz, 1 yaşdan yuxarı şişəyin 1,6 faiz, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 5,8 faiz və 2,3 faiz, hind toyuğunun 8,9 faiz, yumurtanın istehsalçı qiymətləri 3,4 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 6,6 faiz və 0,3 faiz, camış südünün 0,1 faiz, təbii balın istehsalçı qiymətləri 2,4 faiz bahalaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz ucuzlaşma müşahidə olunmuşdur.