Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2012-ci ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,9 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, portağalın, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, çiyələyin, şabalıdın, göyərtinin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı may ayında limonun, naringinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma da müşahidə olunmuşdur.
May ayında MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.