Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin may ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri
2012-ci ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,1 faiz, sərnişindaşıma tarifləri isə 0,6 faiz azalmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,5 faiz, tranzit üzrə 4,3 faiz, ixrac üzrə 3,5 faiz, yerli əlaqə üzrə 0,7 faiz ucuzlaşmışdır. Dəmir yolu nəqliyyatı vasitəsi ilə MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,1 faiz bahalaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,9 faiz ucuzlaşmışdır. Digər xarici ölkələrə sərnişindaşıma tarifləri 1,8 faiz ucuzlaşmış, MDB ölkələrinə isə 5,4 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 2,8 faiz və 0,1 faiz ucuzlaşmışdır.