İdxal - ixrac əməliyyatları haqqında

07.06.2012

2012-ci ilin yanvar-aprel aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 129 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 15265,7 milyon ABŞ dolları təşkil etmiş, onun 2901,8 milyon dolları idxalın, 12363,9 milyon dolları ixracın payına düşmüş, 9462,1 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,8 faizi) İtaliya, Fransa, İndoneziya, İsrail, Almaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya Federasiyası, Hindistan, Çin, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Sinqapur, Yunanıstan, Portuqaliya və Malayziya dövlətləri ilə aparılmışdır.