Pres-relizlərin yazılması, media ilə paylaşdırılması və dövlət qulluğuna dair normativ hüquqi aktların öyrənilməsinə dair seminar

11.06.2012

Dövlət Statistika Komitəsinin Aparatında kadrlarla statistika sahəsi ilə yanaşı, biliklərin ötürülməsinin təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması, onların inkişafı, əlaqə bacarıqları və s. kimi qeyri-statistik bacarıqların öyrənilməsi məqsədilə 2012-ci il iyun ayının 1-də Dövlət Statistika Komitəsində Aparatın şöbələrinin və Bakı Şəhər Statistika İdarəsinin işçilərinin iştirakı ilə Pres-relizlərin yazılması, media ilə paylaşdırılması və dövlət qulluğuna dair normativ hüquqi aktların öyrənilməsinə dair seminar keçirilmişdir. Seminarda 25 nəfər iştirak etmişdir.