Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2012-ci ilin iyun ayında ərzaq məhsullarının qiymətlərinin 2,7 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,3 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından düyünün, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, əriyin, qarpız və yemişin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı iyun ayında unun, mal ətinin, yumurtanın, şabalıdın, limonun, naringinin, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma da müşahidə olunmuşdur.