2012-ci ilin birinci yarısında sənayenin işi haqqında

13.07.2012

Ölkənin sənaye sahələrində 2012-ci ilin birinci yarısında 17,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 8,7 faiz artım, neft sektorunda 5,2 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 77,1 faizi mədənçıxarma, 17,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Cari ilin altı ayı ərzində neft hasilatı 22,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 8,8 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, mebel, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.