Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin iyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
İyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,6 faiz, xiyarın 4,3 faiz, pomidorun 2,3 faiz, badımcanın 24,3 faiz, bibərin 41,6 faiz, göy soğanın 2,1 faiz, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşmış, qarpız və yemişin istehsalçı qiymətləri 13,8 faiz, baş soğanın 4,2 faiz, baş sarımsağın 3,6 faiz, yoncanın 10,5 faiz, quru otun istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,9 faiz, çiyələyin 0,2 faiz, albalı və gilasın istehsalçı qiymətləri 5,2 faiz bahalaşmış, almanın istehsalçı qiymətləri 9,1 faiz, armudun 6,4 faiz, şaftalının 2,6 faiz, əriyin 1,3 faiz, alçanın 2,6 faiz, gavalı və göyəmin 0,8 faiz, fındığın istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, inək südünün 0,1 faiz, camışın 1,4 faiz, donuz ətinin (diri çəkidə) 0,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,6 faiz, 0,7 faiz və 4,1 faiz, yumurtanın 10,9 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6 faiz bahalaşma müşahidə olunmuşdur.
əlaqə tel: 538-52-72