Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2012-ci ilin yanvar-iyun aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 135 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 22167,6 milyon ABŞ dolları təşkil etmiş, onun 4460,0 milyon dolları idxalın, 17707,6 milyon dolları ixracın payına düşmüş, 13247,6 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 776,0 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-iyun aylarının səviyyəsini 6,2 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,9faizi) İtaliya, İsrail, Fransa, İndoneziya, Rusiya Federasiyası, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Çin, Bolqarıstan, Böyuk Britaniya, Gürcüstan, Yunanıstan, Ukrayna, Tayvan(Çinin əyaləti), Sinqapur, Tailand və Cexiya Respublikası dövlətləri ilə aparılmışdır.
əlaqə tel: 538-76-95