2012-ci ilin yanvar-iyun aylarında "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

14.08.2012

Cari ilin altı ayında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 28,1 milyon ton və ya ötən ildəkindən 4,8 faiz çox yük, 129,3 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 44,2 faizi avtomobil, 36,8 faizi dəmir yolu, 19,0 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 7,1 faiz, dəmir yolu nəqliyyatında 5,9 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 28,7 faizini və ya 8,1 milyon tonunu tranzit yüklər təşkil etmişdır.
Yük daşımaları fəaliyyətindən 213,6 milyon manat, sərnişin daşınmasından isə 40,6 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 21,6 və 6,3 faiz artmışdır.

əlaqə tel: 538-62-96