2012-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri

23.08.2012

2012-ci ilin yanvar-iyul ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 18,2 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 1992,8 manat və ya ayda 284,7 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,3 faiz bəndi üstələyərək 12,3 faiz olmuşdur.
Gəlirlərin 63,2 faizi son istehlaka, 8,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 16,6 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 14,2 faiz artmışdır.

Əlaqə telefonu: 538 90 98