2012-ci ilin avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.09.2012

2012-ci ilin avqust ayında ərzaq məhsullarının qiymətlərinin 0,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, yumurtanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, şaftalının, pomidor və xiyarın, bibərin, badımcanın, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı avqust ayında unun, manna yarmasının, çörəyin, mal və qoyun ətinin, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, göy lobyanın, sarımsağın, qarpız və yemişin qiymətlərində bahalaşma da müşahidə olunmuşdur.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən internet tariflərində ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72