Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin avqust ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi haqqında
2012-ci ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri 0,7 faiz artmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,5 faiz ucuzlaşmış, ixrac üzrə 13,6 faiz, idxal üzrə 8,8 faiz, tranzit üzrə 0,1 faiz bahalaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,6 faiz bahalaşmış, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,6 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz bahalaşmışdır.
Telekommunikasiya sektorunda mobil telefon rabitəsi üzrə tariflər 1,5 faiz bahalaşmış, internet tarifləri isə 3,1 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72