Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 110,5 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz ucuzlaşmışdır.
Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4 faiz, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9 faiz, qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3 faiz, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3 faiz bahalaşma müşahidə olunmuşdur.
əlaqə telefonu: 538-52-72