İdxal - ixrac əməliyyatları haqqında

07.09.2012

2012-ci ilin yanvar-iyul aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 140 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 25,7 milyard ABŞ dolları təşkil etmiş, onun 5,3 milyard dolları idxalın, 20,4 milyard dolları ixracın payına düşmüş, 15,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 903,5 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-iyul aylarının səviyyəsini 6,8 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 84,9 faizi İtaliya, İsrail, İndoneziya, Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Almaniya, Çin, Çexiya Respublikası, Böyuk Britaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ukrayna, Tayvan(Çinin əyaləti), Sinqapur və Tailand dövlətləri, qalan 15,1 faizi isə digər ölkələrlə aparılmışdır.

Əlaqə telefonu: 538-76-95