Dövlət Statistika Komitəsi nümayəndəsinin Layiqli əmək üzrə irəliləyişin monitorinqi və qiymətləndirilməsi ilə əlaqədar regional seminarda iştirakı haqqında

03.10.2012

Beynəlxalq Əmək Təşkilatının və Avropa Komissiyasının başladığı "Layiqli əmək üzrə irəliləyişin monitorinqi və qiymətləndirilməsi (2009-2013)" birgə layihəsinin pilot ölkələrindən biri olan Ukrayna Beynəlxalq Əmək Təşkilatı ilə birgə 2012-ci il sentyabr ayının 27-28-də Ukraynanın Kiyev şəhərində təşkil etdiyi Layiqli əmək üzrə irəliləyişin monitorinqi və qiymətləndirilməsi ilə əlaqədar regional məlumat mübadiləsinə dair seminarda Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə iştirak etmişdir.
Görüşdə 8 ölkənin, Azərbaycan, Makedoniya, Moldova, Serbiya, Qırğızıstan, Erməınistan, Rusiya, Ukraynanın milli statistika idarələrinin, əmək nazirliklərinin, həmkarlar təşkilatlarının, sahibkarlar federasiyasının nümayəndələri, eyni zamanda Beynəlxalq Əmək Təşkilatının mütəxəssislərindən ibarət 39 nəfər iştirak etmişdir. Görüşün əsas məqsədi layiqli əməyə dair Ukraynada toplanmış təcrübənin Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə bölüşmək, bununla yanaşı metodologiyaların, statistikanın və təcrübələrin yayılması və digər ölkələrin də layiqli əmək üzrə monitorinqin yaxşılaşdırılmasına dair öz strategiyalarını inkişaf etdirməyə həvəsləndirmək olmuşdur.
İştirakçı ölkələrin nümayəndələri tərəfindən öz ölkələrində layiqli əməyə dair görülmüş işlərlə bağlı məruzələr etmişdir. Eyni zamanda, Dövlət Statistika Komitəsinin nümayəndəsi kimi N.Xuduzadə "Azərbaycanda layiqli əməyin qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış etmiş və göstərilən mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.