Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətlərinin 0,5 faiz ucuzlaşması, emal sənayesi üzrə 2,3 faiz və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərinin 0,3 faiz bahalaşması nəticəsində respublika üzrə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ay səviyyəsində qalmışdır.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşmışdır.
Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,2 faiz, geyim istehsalı üzrə 1,0 faiz, kağız və karton istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, tikinti məmulatlarının istehsalı üzrə 6,5 faiz, qida məhsullarının istehsalı üzrə 3,2 faiz, içki istehsalı üzrə 2,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,1 faiz, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 2,0 faiz, kimya sənayesi üzrə 1,0 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,2 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 539-67-97