Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin yanvar-sentyabr aylarında sənayenin işi haqqında
Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-sentyabr aylarında 25,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 7,7 faiz artım, neft sektorunda 5,6 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 76,4 faizi mədənçıxarma, 18,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Cari ilin doqquz ayı ərzində neft hasilatı 32,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 12,8 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
Tel: 539-87-17