Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2012-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,5 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, portağalın, bananın, armudun, üzümün, xiyar və pomidorun, bibərin, badımcanın, çuğundurun, kökün, sarımsağın, kartofun qiyməti bahalaşmışdır. Bahalaşma ilə yanaşı oktyabr ayında qarabaşaq yarmasının, kərə yağının, bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, almanın, heyvanın, narın, kələmin, soğanın, göyərtinin qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur.
Tel: 538-52-72