Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2012-ci ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz azalmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,2 faiz, yol və körpü tikintisində 0,4 faiz ucuzlaşma müşahidə edilmişdir.
Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artmış, yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər 0,6 faiz azalmışdır. Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz azalmışdır. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,1 faiz azalma, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,2 faiz bahalaşma müşahidə edilmişdir. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz aşağı düşmüşdür.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,4 faiz, körpü tikintisi üzrə qiymətlər 0,1 faiz azalmışdır.
Əlaqə telefonu: 538-52-72