İdxal – ixrac əməliyyatları haqqında

08.11.2012

2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 32,5 milyard ABŞ dolları təşkil etmiş, onun 6,8 milyard dolları idxalın, 25,7 milyard dolları ixracın payına düşmüş, 18,9 milyard dollarlıq müsbət saldo yaranmışdır. Qeyri-neft məhsullarının ixracı 1097,3 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-sentyabr aylarının səviyyəsini 6,4 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 84,0 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail, Rusiya Federasiyası, Türkiyə, Almaniya, İndoneziya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, Çexiya, Tayvan (Çinin əyaləti), Yunanıstan, Gürcüstan, Bolqarıstan, Ukrayna, İraq və Malayziya dövlətləri, qalan 16,0 faizi isə digər ölkələrlə aparılmışdır.

Tel: 538-76-95