2012-ci ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

14.11.2012

2012-ci ilin on ayında ölkədə 44,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,0 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, onun əhalinin hər nəfərinə həcmi 4823,7 manat (6138,6 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun 66,7 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 50,9 faizi sənayenin, 9,9 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşmüş, 27,0 faizi isə xidmət sahələrində yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artmış, onun ümumi daxili məhsulda xüsusi çəkisi 50,8 faizə çatmışdır.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,3 faiz, informasiya və rabitə xidmətlərində 17,2 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 16,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,9 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,0 faiz artmışdır.

Tel: 538-74-50