Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 67,8 min muzdlu işçinin 74,8 faizi dövlət müəssisələrində, 25,2 faizi özəl bölmədə çalışır. İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 13,5 faiz artaraq 494,8 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 982,6 manat, dəniz nəqliyyatında 689,8 manat, avtomobil nəqliyyatında 473,8 manat, dəmir yolu nəqliyyatında isə 222,2 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 22,7 faiz, dəmir yolu nəqliyyatında 14,1 faiz, hava nəqliyyatında 7,4 faiz, avtomobil nəqliyyatında isə 5,7 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq 619,1 manat olmuşdur.
Tel: 538-62-96