2012-ci ilin noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

04.12.2012

Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 5,9 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır. Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 2,8 faiz, kələmin 2,5 faiz, göyərtilərin 4,3 faiz, kartofun istehsalçı qiymətləri 5,9 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 2,7 faiz, yerkökünün 4,7 faiz, xiyarın 0,9 faiz, pomidorun 1,2 faiz, badımcanın 0,7 faiz, bibərin 7,6 faiz, baş sarımsağın 0,8 faiz, qurudulmuş noxudun 6,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 15,7 faiz, xurmanın 21,6 faiz, almanın 4,9 faiz, armudun 0,2 faiz, heyvanın 25,2 faiz, fındığın istehsalçı qiymətləri 3,6 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 9,1 faiz, naringinin 12,0 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 0,9 faiz, qozun istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,4 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun 6,8 faiz, südün istehsalçı qiymətləri isə 2,3 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,8 faiz, diri qoyun və keçilərin 0,2 faiz, mal, qoyun, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 1,4 faiz, 0,1 faiz, 2,2 faiz və 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşmışdır. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 3,7 faiz bahalaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,3 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72