2012-ci ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

05.12.2012

2012-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz, qeyri-ərzaq mallarının 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,0 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından düyünün, çörəyin, qoyun ətinin, makaron məmulatlarının, toyuq ətinin, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşmışdır. Bahalaşma ilə yanaşı noyabr ayında qarabaşaq yarmasının, kərə yağının, günəbaxan yağının, şəkər və şəkər tozunun, naringinin, xurmanın, kələmin, çuğundurun, kökün, göyərtinin qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur.
Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından nitro və yağlı boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parket və laminat parketin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəxt üçün kətilin qiymətləri bahalaşmış, parket üçün lakın, pəncərə şüşəsinin, ağac yonqar lövhələrin, sementin, metal kirəmitin, mebellərdən mətbəx üçün masanın qiymətləri isə ucuzlaşmışdır.
Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərindən qadın üçün qış kostyumunun tikilişi, çilingər xidməti, mebel təmiri xidmətləri tariflərində bahalaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72