Əmtəə bazarı haqqında

10.10.2012

2012-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 12,4 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 1,5 faiz artaraq 6971,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi 20,6 faiz artaraq 5471,9 milyon manata bərabər olmuşdur. 2011-ci ilin doqquz ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,2 faiz bəndi azalaraq 56,0 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,0 faiz təşkil etmişdir.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,2 manatlıq ərzaq, 66,1 manatlıq qeyri-ərzaq malları almışdır.

Tel: 538-76-95