Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 150 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 36037,7 milyon ABŞ dolları təşkil etmiş, onun 7661,8 milyon dolları idxalın, 28375,9 milyon dolları ixracın payına düşmüş, 20714,1 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 1283,8 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-oktyabr aylarının səviyyəsini 9,5 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 83,8 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, İsrail, Fransa, Almaniya, Hindistan, İndoneziya, Çin, Tayvan (Çinin əyaləti), Yunanıstan, Böyük Britaniya, Çexiya, Gürcüstan, Bolqarıstan, Ukrayna, Xorvatiya və İraq dövlətləri, qalan 16,2 faizi isə digər ölkələrlə aparılmışdır.
Tel: 538-22-57